EN

“Fənərbağça” hücumçusunu 34 milyon avroya satmaqdan imtina edib

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Yussuf En-Nesiri üçün 34 milyon avroluq transfer təklifini qəbul etməyib.

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli hücumçunu heyətinə qatmaq istəyən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna mənfi cavab verib.

Qarşı tərəf 27 yaşlı forvard üçün "Fənərbağça"ya 2 dəfə rəsmi müraciət ünvanlayıb. İlk dəfə 30, ikinci isə 34 milyon avro təklif olunsa da, Superliqa klubu futbolçunu satmaqdan imtina edib.

Qeyd edək ki, "Fənərbağça" Yussuf En-Nesirini ötə yay İspaniyanın "Sevilya" klubundan 19,5 milyon avroya transfer edib.

Chosen
7
7
hafta.az

8Sources