EN

Borca görə 15 dostunu zəhərləyib ÖLDÜRDÜ

Banqkokda yaşayan Sararat Rangsivuthaporn adlı 36 yaşlı qadın 15 dostunu zəhərləyərək öldürüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tailandda baş verən hadisə hər kəsin diqqətini çəkib. 

Məlumata görə, qadın mütəmadi şəkildə qumar oynayırmış. Və bu səbəbdən bütün pullarını oyunda itirib. Qumara görə dostlarından borc alan Sararat nə az, nə də çox 15 nəfərin həyatına son qoyub.  Belə ki, dostları ondan pullarını geri istəyəndə qadın qurbanlarına sianid (Sianid sürətlə təsir edən, potensial öldürücü kimyəvi maddədir,-  red.) içdirib. 

Polis kütləvi qətlin üstünü Sararatın sonuncu - yəni 15-ci öldürdüyü şəxsin qətlini gizlədərkən aşkar edib.  

Hüquq-mühafizə orqanları bildirir ki, Sararat qumar aludəçiliyini maliyyələşdirmək üçün qurbanlarından borc pul alıb və onları kimyəvi maddələrlə zəhərləyib öldürüb. Onun cinayətindən sağ çıxan da olub. 

Sağ qalan qurbanlardan biri ifadəsində bildirib ki, "Sararat onu bitki kapsulları içməyə məcbur etməyə çalışıb", lakin o, sözügedən içkini içməyib.  Sararat 80-ə yaxın ittiham üzrə mühakimə olunub və edam cəzasına məhkum edilib. 

Chosen
18
50
unikal.az

10Sources