EN

Türkiyə 10 ayda 55 milyona yaxın turist qəbul edib

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi oktyabr ayına dair turizm məlumatlarını açıqlayıb. Bununla belə, bu ilin 10 aylıq dövrü üçün turistlərin sayı da bəlli olub.

Hafta.az-ın yazdığına görə, buna görə Türkiyə 10 ayda toplam 54 milyon 629 min turisti qəbul edib. Turistlərin 47 milyon 306 mini əcnəbi olub. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ziyarətçilərin sayı 7,03 faiz artıb.

2024-cü ildə Türkiyəyə ən çox turist göndərən ölkələr siyahısında 7,05 faiz artım və 6 milyon 249 min 998 nəfərlə Rusiya birinci olub. Almaniya 6,43 faiz artım və 6 milyon 83 min 421 nəfərlə ikinci yerdədir.

İngiltərə 16,98 faiz artım və 4 milyon 209 min 967 nəfərlə siyahıda üçüncüdür. İngiltərəni İran və Bolqarıstan izləyib.

Oktyabrda Türkiyəyə 5 milyon 448 min turist gəlib. Bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 9,25 faiz artım deməkdir. Oktyabrda 925 min nəfərlə ən çox turist göndərən ölkə Almaniyadır. İkinci yerdə Rusiya, üçüncü yerdə isə İngiltərə qərarlaşıb.

Chosen
29
1
hafta.az

2Sources