EN

Qələbə Paradında iştirak etməyə çalışacam - Robert Fiko

Qələbə Paradında iştirak etməyə çalışacam - Robert Fiko

Slovakiyanın baş naziri Robert Fiko 2025-ci il mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etmək qərarına görə digər Avropa liderlərinin tənqidindən qorxmur. AFN.az xəbər verir ki, o, bu barədə Serbiyanın Radio və Televiziyasına müsahibəsində bildirib.“Məni artıq tənqid edirlər. Mən qorxmuram. Ya biz suverenik və bizim üçün heç bir böyük dövlətin razılığını almağa ehtiyac yoxdur, ya suverenlik mövcud deyil və biz yalnız beynəlxalq arenada əsas oyunçuların istədiklərini edəcəyik . Mən Qırmızı Ordunun Çexoslovakiyanı azad edərkən hansı rol oynadığını bilirəm”, - deyə Fiko mümkün tənqidlərlə bağlı sualı cavablandırıb.Baş nazir həmçinin qeyd edib ki, 80 il əvvəl baş verən hadisələr həqiqətən diqqət və hörmətə layiqdir. O, səhhətinin imkan verdiyi təqdirdə Rusiya tərəfinin paradda iştirakla bağlı rəsmi dəvətini qəbul edəcəyini bildirib.

Chosen
27
afn.az

1Sources