EN

Bakının bu rayonundaicra hakimiyyəti sahibkarlardan pul alıb qanunsuzluğa şərait ayradır? - FOTO

Paytaxtın ən çox əhali yaşayan rayonunda sahibkarla icra hakimiyyəti səkiləri birlikdə işğal edir.

Ötən ay səkidə Bakınıən Xətai rayonunda “Şükür Et” adlı dönər satış məntəqəsini səkidə təşkil edərək vətəndaşlara cəmi 1 metr ərazini hərəkət üçün boş saxlayaraq şükür etdirən sahibkarın əməlləri ilə bağlı məlumat yaymışdıq. Həmin vaxt Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq və qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki, dərhal ərazidə araşdırmalar aparılacaq və hansısa qanunsuz hal varsa, qarşısı alınacaq. Bu gün isə  rayonda vəziyyət daha da anormallaşmağa doğru gedir.

Avtosfer.az xəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən “Əhmədli” metro stansiyasının çıxışları sahibkarlar tərəfindən zəbt edilir və rayon icra hakimiyyəti bu məsələyə heç bir reaksiya vermir. Məhəmməd Hadi küçəsində yol kənarında yerləşən 2-3 mərtəbəli iaşə obyektləri metro çıxışlarını yoldan keçənlər üçün gizlədir.

Bildiyiniz kimi, bu metro stansiyasının çıxışları digər metro stansiyalarında olduğu kimi yol kənarında deyil, bir neçə binanın arasında yerləşir. Bu da icra hakimiyyətinə (böyük ehtimalla müəyyən məbləğ qarşılığında) ərazidə hökm sürən qanunsuzluqlara göz yummasına şərait yaradır.

Dəfələrlə icra hakimiyyətindən bu vəziyyətlə bağlı açıqlama almağa çalışsaq da, qurum nümayəndələri hər dəfə məsələni ört-basdır eləmək üçün susmağı üstün tutub. Bu gün də eyni ərazidə, “Əhmədli” metrosunun eyni çıxışında rayondakı hərc-mərclikdən istifadə edən sahibkarlardan biri öz köşkünü yerləşdirib. Obyektin fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Şəbəkə istifadəçiləri, ərazidə yaşayan sakinlər rəy bildirərək icra hakimiyyətinin sahibkarların qanunsuzluqlarına göz yummasınının nəzərə alınmasını və məsələnin təcili şəkildə nəzarətə götürmələrini aidiyyəti qurumlardan xahiş ediblər.

Səfər

 

FOTO QALEREYA
Chosen
7
avtosfer.az

1Sources