EN

Mühafizəçi casus çıxdı

Norveçdə Rusiya və İranın casusu həbs edilib.

“Cebheinfo.az” xəbər verir ki, Norveçdə Rusiya və İranın xeyrinə casusluqda şübhəli bilinən ABŞ səfirliyinin gənc mühafizəçisi həbs edilib.

Belə ki,  noyabrın 22-də Norveç polisi Oslo şəhərində ABŞ səfirliyinin mühafizəçisinin İran və Rusiyaya casusluq etməkdə şübhəli bilinərək həbs edildiyini açıqlayıb. 

Məlumatda qeyd olunur ki, saxlanılan şəxs 20 yaşlı Norveç vətəndaşı olub. Norveç polisi külli miqdarda rəqəmsal məlumatları ələ keçirib və geniş araşdırma aparıb. Ancaq hansı məlumatların paylaşıldığını hələ açıqlamayıb.

Bildirilib ki, gənc səfirlikdə mühafizəçi işləyirmiş və diplomatik nümayəndəliklər üçün təhlükəsizlik xidmətləri göstərən şirkətlə əlaqəli olub. Saxlanılan şəxsin vəkili Yan Kristian Elden də müvəkkilinin Rusiya və İran kəşfiyyatçıları ilə əlaqə saxladığını vurğulayıb. 

Rusiya və İran hələlik bu məsələyə münasibət bildirməyib.

Chosen
16
cebheinfo.az

1Sources