EN

Britaniya raketi ilə Kurska zərbə: Şimali Koreya generalı vuruldu

Ukrayna ordusunun Kurk vilayətinə hava zərbələri nəticəsində Şimali Koreyanın yüksək rütbəli generalı yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” Qərb rəsmilərinə istinadla yazır.

Ağ ev bundan əvvəl xəbərdarlıq etmişdi ki, Kurskdakı Şimali Koreya qoşunları Ukrayna qüvvələri üçün legitim hədəf olacaq.

Söhbət noyabrın 20-də Ukraynanın Kurska Britaniya istehsalı “Storm Shadow” raketləri ilə endirdiyi zərbələrdən gedir.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
31
1
teleqraf.com

6Sources