ABŞ-nin Kiyevdəki səfirliyi çərşənbə günü xidmətlərini bərpa edib.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfiri Bridget Brink "X" sosial şəbəkə hesabında yazıb.
"Biz ABŞ vətəndaşlarını ayıq-sayıq olmağa, Ukraynanın rəsmi mənbələrini izləməyə və həyəcan siqnalı verilərsə, sığınacaqlara enməyə təşviq etməyə davam edirik", - Brink əlavə edib.
Xatırladaq ki, dünən ABŞ-nin Kiyevdəki səfirliyi fəaliyyətini dayandırıb. Səfirliyin əməkdaşlarına, habelə Ukraynadakı ABŞ vətəndaşlarına yaxın ərazilərdə sığınacaq tapmaları tapşırılıb.
Firuzə Əliyeva