EN

Nizami Rayon Məhkəməsində yoxlama başlayıb

Nizami

Məhkəmə-Hüquq Şurası Nizami Rayon Məhkəməsində komleks yoxlamalara başlayıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə Gununsesi.info-ya Məhkəmə-Hüquq Şurasındakı mənbə bildirib.

Məlumata görə, Şuranın bir neçə səlahiyyətli şəxsləri anidən Nizami Rayon Məhkəməsinə daxil olaraq, hakimlərin otaqlarındakı sənədləri və qeyd dəftərlərini götürüb.

“Bu bir növ hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatına bənzəyir” deyən mənbəmiz əlavə edib ki, məhkəmədə baxılan bütün işlərin araşdırılmasına qərar verilib.

Mənbəmiz deyib ki, bu yoxlamaya səbəb isə ötən ay Bakı Apellyasiya Məhkəməsinin Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun cəzalandırılması üçün xüsusi qərarıdır.

Xatırladaq ki, Rauf Əhmədov icraatında olan işlə bağlı qanunsuz qərar verən Rauf Əhmədov barəsində Bakı Apellyasiya Məhkəməsi sözügedən qərarı Məhkəmə-Hüquq Şurasına göndərib.

Səbəb kimi isə Nizami rayonunda tikinti aparan “Kursus-Nizami” şirkətinin yerli sakinlərlə mübahisəsi əsas götürülüb.

Qeyd olunur ki, şirkət müvəqqəti təminat tədbiri tələb edərək, binalara girişin qadağan olunmasını, sakinlərin köçürülməsini, evlərin sökülməsini istəyib. R.Əhmədov da 15 oktyabr 2024-cü il tarixli qərarı ilə bu ərizəni təmin edib, evlərin qəzalı vəziyyətdə olduğunu qeyd edib. Məhkəmədə sakinlər yekun qərar verilənədək söküntünün qadağan olunmasını tələb ediblər.

R.Əhmədovun söküntü ilə bağlı qərarından sonra ziddiyyətli durum yaranıb. Belə ki, məhkəmə bir qərarla söküntünü qadağan etsə də, digər qərarla icazə verib.

Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi R.Əhmədovun cəzalandırılmasına qərar verib.

Xatırladaq ki, Rauf Əhmədov Bakı Metropoliteninin sabiq rəisi, mərhum Tağı Əhmədovun böyük oğludur. Qeyd edək ki, Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktyabrın 18-də vəfat edib.
Chosen
23
reyting.az

1Sources