EN

Süni bahalaşma...    

Bu gün ölkəmizdə əksər sənaye və ərzaq  məhsullarının qiyməti bahalaşıb.

Və bu, bahalaşma durmadan davam edir. Təbii ki, bu da əhali arasında böyük narazılıq yaradır.İstənilən marketə, mağazaya girsən bu bahalaşmanı görmək olar.  Süni bahalaşma ilə bağlı Sabiq millət vəkili, ictimai - siyasi xadim Vahid Əhmədov da mətbuatda öz fikirlərini səsləndirib. Sabiq millət vəkili deyib ki, bahalaşmanın süni və obyektiv səbəbləri var. Bizdəki bahalaşma isə ən çox süni səbəblərlə bağlıdır.

Bunun isə qarşısı təəssüf ki, əlaqədar qurumlar tərəfindən vaxtında alınmır. Vahid Əhmədov səsləndirdiyi fikirlərində böyük həqiqət var. Və həqiqət də  ondan ibarətdir ki, İqtisadiyyat Nazirliyinin İstehlakçıların Hüquqlarının Müdafiəsi Departamenti ölkəmizdə süni bahlaşmanı  yaradan amillərə qarşı ciddi mübarizə aparmır, heç buna marağı da yoxdur.

Çünki süni bahalaşmanı yaradan da ölkəmizdə ayrı-ayrı oliqarxlara məxsus topdansatış ticarət mərkəzləri və onlara məxsus iri marketlərdir.  Aydındır ki, belə olduğu halda nəzarət orqanları xalqın deyil, oliqarxların tərəfində durur və süni bahalaşmaya göz yumur. Belə ki, süni bahalaşma olan yerdə onların da maraqları var. Yəni əl- əli yuyar, əl də üzü!..

Emil Faiqoğlu  

Chosen
39
adalet.az

1Sources