EN

Kreml: Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır

Qərbin ehtiyatsızlığı Rusiya tərəfindən cavabsız qalmayacaq - prezidentin müraciətinin əsas mesajı budur.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin xalqa dünənki müraciətindən danışarkən bildirib.

    Onun sözlərinə görə, Putinin bir gün əvvəl verdiyi bəyanatlar əhatəli, başa düşülən və məntiqli idi: "Putin vurğuladı ki, o, “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır. ABŞ-nin hazırkı administrasiyası Ukraynada münaqişənin ehtiyatsız şəkildə gərginləşməsi yolu ilə getməyə üstünlük verir. Kremldə şübhə yoxdur ki, indiki ABŞ administrasiyası Putinin bəyanatları ilə tanış olub".

    Kremlin sözçüsü Putinlə ABŞ-nin hazırkı administrasiyası arasında yeni təmasların olmamasına da diqqət çəkib.

    Peskov onu da bildirib ki, Rusiya hərbçiləri "Oreşnik"dən istifadə olunmaqla gözlənilən zərbələr barədə Ukraynada mülki əhaliyə xəbərdarlıq etməyin nüanslarını işləyəcək.

    Chosen
    13
    9
    bakivaxti.az

    9Sources