EN

İnqrid Rayser: “Netanyahu həbs olunacaq”

“Netanyahu ölkəmizə gələrsə, onu həbs etməyə borcluyuq”.

Busaat.az  xarici mediaya istinadla xəbər verir ki, İsveçrə Federal Ədliyyə və Polis Nazirliyinin Federal Ədliyyə İdarəsinin kommunikasiyalar üzrə məsul işçisi İnqrid Rayser bildirib:

İsveçrə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi həbs qərarı çərçivəsində Netanyahu ölkəsinə gələrsə, onu həbs edəcək.

“BCM-nin hüquqi əsasını təşkil edən Roma Əsasnaməsinə əsasən, İsveçrə bütün hallarda cəzasızlıqla bağlı mübarizəni dəstəkləyir. Roma Nizamnaməsinə tərəf olan İsveçrə BCM ilə əməkdaşlıq etməyə borcludur. BCM ilə əməkdaşlıq etmək öhdəliyinə əsaslanaraq, İsveçrə müvafiq həbs qərarı ilə bağlı lazımi prosedurları həyata keçirəcək”, – deyə Rayser vurğulayıb.

Zeyd Bağırzadə

Chosen
16
busaat.az

1Sources