EN

FHN-in 210 min manatlıq tenderini “CBS-PP” şirkəti uddu


Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “CBS-PP” MMC olub.
Yeniavaz.com
xəbər verir ki, “CBS-PP” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinə 209 min 557 manat 73 qəpik dəyərində xüsusi sifarişli çap məhsulları satacaq.
Tender müsabiqəsinin qalibi olan “CBS-PP” MMC 2 sentyabr 1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.
Qeyd edək ki, “CBS-PP” MMC-nin daha əvvəl də qalib olduğu 10 tender müsabiqəsinin 9-u Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tender müsabiqəsi olub.

Elnur Əli
Chosen
5
2
yeniavaz.com

3Sources