EN

Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Bakı. Trend:

“İstanbul Enerji Forumu” çərçivəsində energetika naziri PərvizŞahbazovun Macarıstanın xarici işlər və ticarət naziri PeterSiyarto ilə görüşü olub.

Trendxəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycandan qaz tədarükü, Macarıstanşirkətləri ilə neft-qaz sektorunda əməkdaşlıq və “Xəzər-Qaradəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası, həmçininBirgə Müəssisənin fəaliyyəti əsas müzakirə mövzusu olub.

“Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasınıncari vəziyyətinə və Bolqarıstanın layihəyə qoşulmasına dair fikirmübadiləsi aparılıb. Həmçinin Azərbaycan və Macarıstan arasındaenerji üzrə İşçi Qrupunun fəaliyyətinə də toxunulub və növbətiiclasın 2025-ci ildə keçiriləcəyi qeyd olunub.

Söhbət zamanı COP29-un enerji təşəbbüslərinə beynəlxalq dəstəyinenerji təhlükəsizliyi və “yaşıl enerji” keçidi ilə bağlı hədəflərətöhfə verəcəyi qeyd olunub.

Chosen
22
11
az.trend.az

10Sources