EN

Demokratlar Trampı CƏZALANDIRIR? – “Elə bir vəziyyət yaratdılar ki…”

“ABŞ-də seçkilərdə məğlub olan demokratlar həm Trampı, həm İsraili cəzalandırmaq istəyirlər”.

Bu sözləri dünyada böyük müharibə ehtimalı, nüvə təhlükəsi və gözlənənləri Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, nüvə silahından istifadə edilməyəcək:

“Nüvə təhdidi hər zaman olub. SSRİ ilə ABŞ arasındakı Karib böhranı zamanı da nüvə silahından istifadə gündəmə gəlmişdi. Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibə nüvə təhdidini yenə gündəmə gətirib. Artıq bir çox ölkələrin rəhbər şəxsləri “Üçüncü Dünya müharibəsi”, “nüvə müharibəsi” kimi ifadələr işlədir. Nüvə müharibəsi reallıqda olmayacaq. Çünki nüvə silahından istifadə dünyanın sonunu gətirə bilər. Rusiyanın dərinliklərinin vurulması ilə bağlı Qərbin Ukraynaya icazə verməsi gərginliyi bir qədər də artırdı. Rusiya əraziləri ATACMS ilə vurulduqdan sonra ruslar da qitələrarası raketdən istifadə etdi və beləliklə, Rusiya nəinki Ukraynanı, ona dəstək olanları da hədələdi”.

“Tramp müharibəni bitirəcəyini deyirdi. Ancaq elə bir vəziyyət yaratdılar ki, müharibə daha da şiddətləndi. ABŞ-də seçkilərdə məğlub olan demokratlar həm Trampı, həm İsraili cəzalandırmaq istəyirlər. Netanyahu ilə bağlı çıxarılan qərar da ABŞ-nin göstərişidir. Bu, o deməkdir ki, İsraildə yaxınlarda hakimiyyət dəyişikliyi baş verəcək. Ukrayna masa arxasında oturmaq istəmir. Rusiya dərinliklərinin vurulmasından sonra ruslar da ahda aqressivləşiblər. Yanvar ayından sonra Rusiya Odessa vilayətini tutacaq və Ukrayna masa arxasında oturacaq”.

Səxavət Məmməd

Chosen
18
yenicag.az

1Sources