EN

Sevgilisini əvvəlcə bıçaqladı - Sonra maşınla üstündən keçdi

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

 

Sfera.az unikal.az-a istinadla xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb.

 

1990-cı il təvəllüdlü Lerik rayon sakini Samir İbrahimov qeyri-rəsmi münasibətdə olduğu eyniyaşlı Balakürd kənd sakini Gözəl Fərəcovanı bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Daha sonra o, avtomobillə yaralının üstündən keçib.

 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
22
sfera.az

10Sources