![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/3/3/1/c071d933-05dd-494c-9a71-12372a44fb5a/milletler-liqasi-bayraq.jpg)
UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Yeniavaz.com xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində baş tutub.
B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə yığmasının pley-offdakı rəqibi Macarıstan olub.
Qeyd edək ki, pley-offun oyunları mart ayında baş tutacaq.
A, B, C və D Liqalarının pley-off cütləri aşağıdakı kimi olub:
A/B Liqasının pley-off mərhələsi:
Türkiyə – Macarıstan;
Ukrayna – Belçika;
Avstriya – Serbiya;
Yunanıstan – Şotlandiya.
B/C Liqasının pley-off oyunları:
Kosovo – İslandiya;
Bolqarıstan – İrlandiya Respublikası;
Ermənistan – Gürcüstan;
Slovakiya – Sloveniya.
C/D Liqasının pley-off mərhələsi:
Cəbəllütariq – Latviya;
Malta – Lüksemburq.