EN

Gələn il Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək

 

Gələn il Azərbaycan və Macarıstan arasında enerji üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək.

Missiya.Az xəbər verir ki, bu barədə “İstanbul Enerji Forumu” çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə razılığa gəlinib.

Görüşdə Azərbaycandan qaz tədarükü, Macarıstan şirkətləri ilə neft-qaz sektorunda əməkdaşlıq və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası, həmçinin Birgə Müəssisənin fəaliyyəti əsas müzakirə mövzusu olub. “Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının cari vəziyyətinə və Bolqarıstanın layihəyə qoşulmasına dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı COP29-un enerji təşəbbüslərinə beynəlxalq dəstəyin enerji təhlükəsizliyi və “yaşıl enerji” keçidi ilə bağlı hədəflərə töhfə verəcəyi qeyd olunub.

Chosen
9
11
missiya.az

10Sources