EN

Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mən onun tərəfdarıyam ki, 3 uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin. Belə olarsa, 3 uşaqdan yuxarı olan ailələr sosial yardım ala bilərlər. Bununla bağlı təkliflər var. Həmin təkliflər hazırda müzakirə olunur".
Bunu "Qaynarinfo"ya açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.
Deputat 2025-ci ilin dövlət büdcəsinin 41% sosial sahəyə yönəldildiyini vurğulayıb:
"21 müavinət növü var, onun 13-ü uşaqlarla bağlıdır. Əslində, elə onlar uşaq puludur. Məsələn, əlillik, valideynini itirən, valideyni əsgərlikdə olanlar və s. Biz istəyirik ki, bu kateqoriyadan olan müavinətlər də artırılsın".
Deputat müharibə veteranların təqaüdlərinin 200-300-500 manata qaldırılması ilə bağlı təkliflərin verildiyini xatırladıb:
"Hazırda onlar 80 manat təqaüd alırlar. Biz istəyirik ki, bu təqaüd artırılsın, 200-300-500 manat olsun".
Deputat 2025-ci ilin dövlət büdcəsində ünvanlı sosial yardımlar, pensiya və müavinətlər, minimum əməkhaqqının da artırılmasının nəzərdə tutulduğunu qeyd edib.
Chosen
26
3
oxu.az

5Sources