EN

"Məhkəmənin qərarı Netenyahu hökumətini dəstəkləyənləri düşündürməlidir"

"Məhkəmənin

Cənubi Afrika Respublikasi İsrail hökumətinin baş naziri Netenyahunu Qəzzada dinc əhaliyə qarşı törətdiyi cinayətlərdə təqsirli bilərək işin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) muraciət edib.

Bəlli iddia araşdırılmış və BCM Netanyahu, habelə onun hökumətində müdafiə naziri olmuş Yoav Galantı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham edərək həbs qərarı verib.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, İsrail rəsmiləri bu qərara sərt reaksiya verərək, BCM-ni "yəhudi nifrəti" ilə ittiham ediblər:

"Qərar gecikmiş olsa da, əvvəla İsrail rəsmiləri barədə ilk beynəlxalq həbs qərarıdır və əlbəttə müxtəlif ölçülərdə əhəmiyyətli qərar sayıla bilər.

İstisna deyil ki, bu dünyada İsrailin beynəlxalq hüquqdan kənardakı hərəkətlərinə hüquqi rakursada hücumun genişlənməsinə rəvac verəcək və İsrailə münasibətdə yeni bir yanaşma tərzinin tədricən formalaşmasına gətirib çıxaracaq".

Bildiyimiz kimi İsrail özünün güclü maliyyə və media təsirləri, dünya güc mərkəzləri ilə tarixi əlaqələri hesabına Yaxın Şərqin ən demokratik dövləti imicinin formalaşmasına nail olmuş, tarixən zülmə və məşəqqətlərə məruz qalmış əzabkeş xalq olaraq özünün müdafiə hüququnun tanınması kimi beynəlxalq formulanı dünya birliyinə qəbul etdirə bilib:

"BCM-nin məlum qərarl yəhudi sionuzminin uzun illər ərzində formalaşdırmağa nail olmuş bu imicin, əsatirin tədricən yoxa çəkilməsinə ciddi təsir göstərə biləcək hüquqi sənəd ola bilər.

Məhkəmənin bu qərarı indiyədək Netenyahu hökumətini dəstəkləyən, ona silah və maliyyə dəstəyi verən dövlət və hakimiyyət dairələrini düşündürməli, onları məlum cinayətlərdə təqsirli bilinən Netenyahu hökuməti ilə əməkdaşlıqdan çəkindirməlidir.

Məhkəmənin məlum qərarından sonra Netenyahunun BCM-nin Əsasnaməsinə qoşulmuş və onu təsdiq etmiş 120-dən çox ölkəyə gedişləri üçün hüquqi azadlığı olmayacaq, ancaq həm belə bir şeyin baş verməsi beynəlxalq yəhudi klanlarının dünya maliyyə mərkəzlərinə təsir imkanları, habelə onların beynəlxalq güclərlə tarixən qura bildikləri münasibətlər baxımından az ehtimal olunur".

Cavid

Chosen
12
xalqcebhesi.az

1Sources