EN

“Bu halda internet bloklanacaq” – Prezident açıqladı

Belarus Prezidenti Aleksandr Lukaşenko seçkilərdən sonra kütləvi etirazlar olacağı təqdirdə interneti yenidən bağlamağa qərar verəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

O bildirib ki, ölkədə yenidən etirazlar olacağı təqdirdə etirazların koordinasiyası üçün şəbəkənin istifadəsinə icazə verməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Belarusda prezident seçkiləri 2025-ci ilin yanvarın 26-də keçiriləcək.

Məlik,
KONKRET.az

Chosen
7
konkret.az

1Sources