EN

COP29-a görə ləğv edilmiş Bakı-Sumqayıt reysləri bərpa olunur

Noyabrın 25-dən “Azərbaycan Dəmir Yolları” QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.

Bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilib.

Məlumata görə, Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.

Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə:

• Bakıdan saat 08:10, 17:50 və 19:05,

• Sumqayıtdan saat 07:20,

• Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.

Chosen
2
23
kommersant.az

10Sources