EN

Şeyma Subaşı  təəccübləndirdi! Həddindən artıq arıqlığı diqqət çəkib

Məşhur aparıcı və prodüser Acun Ilıcalının keçmiş həyat yoldaşı fenomen Şeyma Subaşı eşq həyatı və sosial şəbəkədəki paylaşımları ilə maqazin gündəmini zəbt etməyə davam edir.
Sherg.az xəbər verir ki, xaricdəki dəbdəbəli istirahətləri və sevgililəri ilə daim gündəmdə olan Subaşı bu dəfə son görünüşü ilə gündəm olub.
İnstaqramda 2,8 milyon izləyicisi olan 34 yaşlı fenomen Şeyma Subaşı dayanmadan paylaşımlarına davam edir.

Şeyma Subaşı misirli milyarder sevgilisi Məhəmməd Əlsaloussi ilə Mərakeşdə möhtəşəm toyda evlənib. Xoşbəxtlikləri uzun sürməyən Subaşı və Alsaloussi 2023-cü ildə boşanmaq qərarına gəliblər.

Şeyma Subaşı bir müddət əvvəl braziliyalı model Marlon Teixeira ilə eşq yaşadığını açıqlamışdı.

Hazırda Balidə istirahətinin dadını çıxaran Subaşı iddialı pozaları ilə adından söz etdirməyə davam edir.

Bikini ilə güzgü qarşısına çıxan məşhur fenomen "Tamam... Sevginin yüksəlməsinə icazə vermək, qalmasına icazə vermək və hər gün özümü tapıram" sözlərini paylaşıb. Bir uşaq anası Şeyma Subaşı fit bədən quruluşu ilə diqqət çəkib.

Şeyma Subaşı qəhvəsinə qatdığı xüsusi qida sayəsində maddələr mübadiləsini sürətləndirərək formasını qoruduğunu bildirib. Fenomen həftədə ən az 3 gün idman etməyə laqeyd qalmadığını bildirib.

Məşhur fenomen son zamanlar çəkisinə görə sosial mediada tənqid olunub.

Həddindən artıq arıqlığı ilə diqqət çəkən Şeyma Subaşının fotolarda xeyli arıqladığı aydın görünür, izləyiciləri də bu istiqamətdə xəbərdarlıq edirlər.

İzləyiciləri “Bəsdir, daha arıqlama”, “Sağlam görünürsən”, “Şeyma, bu nə lənətdir”, “Sən sadəcə dəri-sümüksən” kimi şərhlər yazıb.
Chosen
12
sherg.az

1Sources