EN

Zelenski Rusiyanın cavabından çox qorxub - Lavov

Vladimir Zelenski Rusiya ərazisinin dərinliklərinı atılan uzaqmənzilli raketlərə verilən cavabdan çox qorxub.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Cavabımıza reaksiyasından Zelenskinin qorxduğunu başa düşürəm. Zelenski Rusiya Federasiyasının cavabı qarşısında ağalarını onu silahsız qoymaqda ittiham etməyə başlayıb. Bu, yəqin ki, faydalı bir nəticədir”, - Lavrov deyib.

Qeyd edək ki, Rusiya dünən ilk dəfə olaraq Ukraynaya qitələrarası ballistik raketlə zərbə endirib.

Bir gün əvvəl isə Ukrayna Rusiya ordusunun Kursk vilayətindəki komanda məntəqəsini "Storm Shadow" uzaqmənzilli raketləri ilə vurmuşdu.

Chosen
8
2
modern.az

3Sources