EN

300-ə qədər Qazaxıstan vətəndaşı Ukraynada ola bilər - XİN

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, Qazaxıstanın Ukraynadakı səfirliyi adi rejimdə işləyir, hadisələrin gedişinə nəzarət edən situasiya mərkəzi fəaliyyət göstərir.

Qaziler.az bildirir ki, bu barədə Kazinform agentliyi xəbər verir.

"Əldə etdiyimiz məlumatlara görə, xarici diplomatik korpus da Kiyevdə öz işini davam etdirir və vətəndaşlarını təxliyə etmir. Qazaxstanlılardan təxliyə ilə bağlı heç bir müraciət olmayıb və indiki mərhələdə xüsusi uçuşlar nəzərdə tutulmayıb”, - deyə Aybek Smadiyarov Ukraynadakı vəziyyətlə bağlı bildirib. 

"Bildiyiniz kimi, Ukraynada bir neçə ildir ki, hərbi əməliyyatlar gedir. Hesablamalarımıza görə, ölkədə 300-ə yaxın Qazaxıstan vətəndaşı ola bilər. Eyni zamanda ölkədəki vəziyyətə görə dəqiq rəqəmi söyləmək çətindir", - o, deyib..

İdarədən qeyd ediblər ki, bir neçə gün əvvəl onlar Ukraynadakı qazaxıstanlılara ölkəni tərk etmək tövsiyəsi ilə müraciət ediblər.

 

QAZİLER.AZ

Chosen
29
qaziler.az

1Sources