EN

İraq İsrailə görə Ərəb Liqasının təcili iclasını TƏLƏB ETDİ

İraq İsrailin təhdidlərini müzakirə etmək üçün Ərəb Liqasının təcili iclasını tələb edir.

İnterpress.az xəbər verir ki, İraq Ərəb Dövlətləri Liqasının (LAS) baş katibinə şuranın fövqəladə iclasının çağırılması üçün rəsmi sorğu göndərib.

Təşkilatın baş katibinin köməkçisi bildirib ki, sorğu BMT Təhlükəsizlik Şurasının memorandumunun müzakirəsi üçün təqdim olunub. Orada İsrail İraqdan hücumların münaqişənin genişlənməsinə və regionu daha böyük müharibəyə sürükləyə biləcəyini iddia edilir.

Bundan əvvəl Vaşinqton İraqın baş naziri əl-Sudanini İranyönlü qruplara İsrail hədəflərinə qarşı əməliyyatlarını dayandırmaq üçün təzyiq göstərməsə, İsrailin ölkəyə mümkün hücumları barədə xəbərdarlıq etmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
12
interpress.az

1Sources