EN

"Bu tədbir dünyanın diqqətini Azərbaycana cəlb etdi" - ŞƏRH EDİLDİ

"COP BMT-nin bir layihəsidir. BMT-nin bu layihəsinə Azərbaycan ev sahibliyi etməklə dünyada baş verən hadisələrə diqqətini nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.O bildirib ki, təhlükəsizlik, rahatlıq və işıqlandırılması baxımından analoqu olmayan tədbir oldu: "Ona görə ki, indiyə kimi belə tədbir bir neçə dövlətdə keçirilmişdi. Həmin dövlətlərdə rahatlıq üzrə belə işıqlandırma olmamışdı, müxtəlif problemlər yaranmışdı. Təbii ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bəşəri problemləri qaldırdı və bəşəri problemlərə biganə olmadığını nümayiş etdirdi. Tədbirin yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın həm siyasi imicinə, həm də dövlətçilik baxımından tanınmasına böyük təkan verdi.Tədbirin keçirilməsi bir neçə faktorlardan Azərbaycana divident gətirdi. Birinci ona görə ki, Azərbaycanı dünyada tanıdılar. 80 minə yaxın nümayəndə iştirak etdi. 190-dan artıq dövlətin nümayəndəsi Azərbaycana gəldi. Bu tədbir dünyanın diqqətini Azərbaycana cəlb etdi. Bu tədbiri keçirməklə Azərbaycan sabit demokratik dövlət olduğunu nümayiş etdirdi. Azərbaycan bu tədbiri təhlükəsizlik baxımından keçirməklə bir daha göstərdi ki, Azərbaycan tolerant dövlətdir. Digər dillərə, xalqlara hörmətlə yanaşan ölkədir. Xalqımızın qonaqpərvərliyi burada beynəlxalq aləmdə dünya ictimaiyyətinə təqdim edildi. Eyni zamanda sabit və təhlükəsiz dövlət olmasını dünya ictimaiyyətinə tanıtmaqla Azərbaycan turizm baxımından diqqəti özünə cəlb etdi. Çünki turizmin əsas şərtlərindən biri dövlətdə sabitlik və təhlükəsizlik olmasıdır.Azərbaycan bu tədbirə ev sahibliyi etməklə Azərbaycan xalqının mədəniyyətini, qonaqpərvərliyini beynəlxalq ictimaiyyətə, gələn qonaqlara göstərdi"."Tədbir həm də mənəvi, həm siyasi, həm də bəşəri baxımdan çox böyük töhfə verdi. Planet hamımızın evidir. Burada böyük və kiçik dövlət anlamı yoxdur. Azərbaycan xəritədə balaca dövlət olsa da, bu tədbiri keçirməklə Azərbaycan dünyaya böyük töhfə verdiyini, dünyada gedən proseslərə biganə olmadığını göstərdi. Bu tədbirin böyük siyasi əhəmiyyəti var idi. Azərbaycan Prezidenti tədbirdə çıxışında öz məruzəsində bu siyasi əhəmiyyəti göstərdi. Həm Azərbaycan, həm də beynəlxalq aləmdə olan problemləri bir daha dünyaya çatdırdı.Tədbirin böyük, bəşəri əhəmiyyəti var. Çünki dünyada iqlimin dəyişməsi və iqlim dəyişikliyi ilə əlaqədar təlatümlərin yaranması bütün dövlət və xalqlarına təsir etməkdədir.Azərbaycanın bu tədbiri yüksək səviyyədə keçirməsi onun dövlət imicinə böyük divident gətirdi. Azərbaycan demokratik, sabit, təhlükəsiz, tolerant bir dövlət olduğunu nümayiş etdirdi. Bu cür tədbirləri keçirməsi Azərbaycanın xarici siyasətinin doktrinasının tərkib hissəsidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Chosen
19
1
sesqazeti.az

2Sources