EN

Dövlət Xidmətinin nümayəndələri Gürcüstanda keçirilən “Rəqabət və istehlakçıların müdafiəsi” mövzusunda III Beynəlxalq Konfransda iştirak ediblər

Tədbirdə dayanıqlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi rəqabətin rolu və bu prosesdə optimal tənzimləmə meyarlarının tətbiqi, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi üzrə əsas trendlər və çağırışlar müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Gürcüstana işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində keçirilən "Rəqabət və istehlakçıların müdafiəsi" mövzusunda III Beynəlxalq Konfransda iştirak edib.

Üç gün müddətində davam edən konfrans çərçivəsində rəqabət siyasəti və davamlı inkişaf, rəqabətin məhdudlaşdırılması faktlarının araşdırılması və preventiv mexanizmlər üzrə beynəlxalq təcrübələr, eləcə də istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mövcud yanaşmalar və çağırışlara dair təqdimatlar edilib, panel müzakirələri təşkil olunub.

Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı "İqtisadi təmərküzləşmələrə nəzarətdə müasir yanaşmalar və əsas çağırışlar" adlı panel müzakirəsində çıxış edərək müasir biznes modellərinin və rəqəmsallaşmanın iqtisadi təmərküzləşmələrə nəzarət sahəsinə təsirləri haqqında məlumat verib. Bununla yanaşı, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində iqtisadi təmərküzləşmələrə nəzarət sahəsində təsbit edilmiş tənzimləmə mexanizmləri də konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Panel müzakirələrində həmçinin elektron ticarət sahəsində istehlakçıların hüquqları, tənzimlənən bazarlarda istehlakçı hüquqlarının müdafiəsi mexanizmləri və bu sahədə tənzimləyici qurumlar tərəfindən həyata keçirilən fəaliyyətlər, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə və davamlı inkişafa nail olmaq üçün tətbiq edilən qlobal mexanizmlərə dair fikir mübadiləsi aparılıb, təqdimatlar nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
1
3
olaylar.az

4Sources