EN

Tanınmış iş adamının qardaşına məxsus olduğu deyilən şirkətdən əmək haqqı tələb edilir

Tanınmış iş adamının qardaşına məxsus olduğu deyilən şirkətdən əmək haqqı tələb edilir

"Mətanət A" şirkətinin sahibi, tanınmış iş adamı Elxan Bəşirovun qardaşı Bahadur Bəşirova məxsus olduğu deyilən "Evro İnşaat" MMC ilə keçmiş işçisi arasında mübahisə yaranıb. AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətin keçmiş işçisi Kamil Quliyev əmək haqqı tələbi ilə məhkəməyə müraciət edib. Onun iddiasına Abşeron Rayon Məhkəməsində baxılacaq. Mirnəsir Mirhəsənli iş üzrə hakim təyin edilib. "Evro İnşaat" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. 2006-cı ildən 2013-cü ilə qədər şirkət Bahadur Bəşirov rəhbərlik edib. 2013-cü ildə isə onu qardaşı Famil Bəşirov əvəzləyib. Famil Bəşirov 2016-cı ilə qədər şirkətin qanuni təmsilçisi olub. Hazırda "Evro İnşaat" MMC-nin qanuni təmsilçisi Məmmədov Azər İlham oğludur.

Chosen
10
1
afn.az

2Sources