EN

Trampdan Putinin xəbərdarlığına cavab

“Amerika xalqı Trampı yenidən prezident seçdi, çünki onun ölkəyə rəhbərlik edə biləcəyinə və dünyada sülhü güc yolu ilə bərpa edə biləcəyinə inanır. O, Ağ Evə qayıdanda bunun üçün lazımi tədbirləri görəcək”.

Ölkə.Az xəbər verir ki, bunu Donald Trampın seçki kampaniyasının sözçüsü Karolin Leavit Vladimir Putinin Ukraynadakı kursun daha da gərginləşməsi təhlükəsi ilə bağlı Qərb ölkələrinə xəbərdarlığını şərh edərkən deyib.

Amerika administrasiyasının növbəti rəhbərinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.
Putinin çıxışında Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisinə endirilməsi Ukraynadakı münaqişəyə qlobal xarakter aldığını qeyd edərək, Qərbə xəbərdarlğını da edib. Putin xəbərdarlıq edərək deyib ki, münaqişə daha da gərginləşərsə, Qərbin təxribatçı siyasəti onun üçün ağır nəticələrə gətirib çıxara bilər.

Mürtəza
Ölkə.Az

Chosen
21
olke.az

1Sources