Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları xidməti ərazidə yerləşən bütün təbiət qoruqlarının, flora və faunanın qorunmasında böyük rol oynayır.
Modern.az xəbər verir ki, bunu DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasına və Qazaxın işğaldan azad olunan kəndlərinə təşkil etdiyi mediatur zamanı Sərhəd Komendantlığının komendantı polkovnik-leytinant Elnur Abdullayev jurnalistlərə bildirib.
"19 aprel 2024-cü ildə Qazax rayonunin işğalda olan 7 kəndindən 4-ü - Aşağı Əskipara, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləri cənab Prezidentin apardığı siyasət nəticəsində bir güllə atılmadan azad olunub. İşğaldan azad olunan kəndlərdə hazırda sərhədçilər tərəfindən yüksək səviyyədə xidmət təşkil olunur.
Sərhəd Qoşunları xidməti ərazidə yerləşən bütün təbiət qoruqlarının, flora və faunanın qorunmasında böyük rol oynayır. Qanunsuz ovçuluğun qarşısının alınması ilə bağlı xidmətlər təşkil olunur. Avey məbəd qoruğu, Alban məbədi VII əsrdə tikilib. 14 əsrdir ki, bu vəziyyətdə qorunur. Hazırda Qazax rayonunun Daşsalahlı kəndində yerləşir, Mədəniyyət Nazirliyi və DSX tərəfindən qorunur. Hazırda yerləşdiyimiz ərazi Subsaksis yüksəkliyi adlanır", - o deyib.
Mail Ağaxanov