EN

“Yaşıl dünya və mədəniyyət” mövzusunda tədbiri keçirilib

20 noyabr 2024-cu il  tarixində "Sosial mədəni dəyişikliklərin öyrənilməsi İctimai Birliyinin “Yaşıl dünya və mədəniyyət” mövzusunda tədbiri keçirilib.

Tədbiri Təşkilatın rəhbəri Hüseyn İbrahimov açaraq ekomədəniyyətin müasir inkişafı tendensiyalarından bəhs etdi. H. Ibrahimov bildirdi ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin uzun illər ərzində yorulmadan bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə apardığı böyük ekoloji siyasətinin bəhrəsidir. Bu tədbir dünyanın müasir gündəmində ən aktual məsələlərdəndir.

Tədbir iştirakçılarından dosent  Z. Şabanov  qeyd etdi ki, gələcəkdə mühüm məsələlərdən biri də cəmiyyətlərin ekoloji mədəniyyət səviyyəsinin əlaqəli yüksəldilməsi, hüquqi bazanın təbliği, müasir insan təfəkkürünün “Yaşıl Dünya”ya hazırlığını təmin etməkdir.

Professor Ə. Kərimov isə çıxışında bildirdi ki, dünya alimlərinin bəzilərinin fikrincə, yaşıl iqtisadiyyat konsepsiyası davamlı inkişaf konsepsiyasını əvəz etmir. Bununla belə, indi getdikcə daha çox belə bir fakt qəbul edilir ki, dayanıqlılığa nail olmaq əsasən iqtisadiyyatın “yaşıllaşdırılmasından” asılıdır. Təmiz texnologiyalara və təbii infrastruktura investisiyaların artırılması istiqamətində qlobal iqtisadiyyatın səfərbər edilməsi və yenidən qurulması, iqtisadiyyatın yaşıllaşdırılmasının stimullaşdırılması, qlobal iqlim dəyişikliklərinin fəlakətli nəticələrinin qarşısının alınması təklif olunur. 

XQ

Chosen
13
1
xalqqazeti.az

2Sources