EN

Evdə hazırlanan turşuların saymaqla bitməyən faydaları

Xərçəngin qarşısını alır, ürək və ruh sağlamlığını qoruyur...

Turkustan.az evdə hazırlanmış turşuların təəccüblü faydalarını sizə təqdim edir.
Kələm, xiyar, turşu, bibər, pomidor və sair... Yay-qışdan asılı olmayaraq müxtəlif növ turşular süfrələrimizdə öz yerini alır. Evdə hazırlanan turşuların isə dadı ikiqat ləzzətli olur. Evdə hazırlanmış turşuların sağlamlığa bir çox faydası olduğunu bildirən Prof. Dr. Muhsin Konuk, "Evdə hazırlanan turşuların həzm sisteminə ən əhəmiyyətli təsiri, tərkibində çox miqdarda lif ehtiva etdiyi üçün qəbizliyi önləmə qabiliyyətidir" dedi və evdə hazırlanan turşular haqqında əhəmiyyətli məlumatlar verdi.

Ürək xəstəlikləri riskini minimuma endirir və xərçəngin qarşısını alır;

Ürəyi qoruyur; Turşuların tərkibində olan faydalı bakteriyalar qan dövranını tənzimləyir. Qan təzyiqini tarazlayan turşu növləri də ürək xəstəlikləri riskini minimuma endirir.

Xərçəngin qarşısını alır;

Turşuların hazırlanmasında antioksidant meyvə və tərəvəzlərdən istifadə edildiyi üçün... Bu qidalar həm də sərbəst radikallar dediyimiz xərçəngə səbəb olan zərərli molekulların əmələ gəlməsini azaltdığı üçün çox faydalıdır.

Bu təbii ağrı kəsicidir;

Bədəndə su itkisini aradan qaldıran turşular idmançılarda əzələ və sümük ağrılarını aradan qaldıran xüsusiyyətə malikdir.

Evdə hazırlanmış turşu qan şəkərini də tənzimləyir;

Qəfil aclıq və başgicəllənməyə qarşı bir-iki dişləmə ilə qan şəkərini tarazlaşdırmaq mümkündür. Məsələn, duzlu xiyar sizi tox tutacaq, şokolad kimi qəlyanaltıları əvəz edəcək və qan şəkərini balanslaşdıracaq.

Aytən Yaşar/ Turkustan.az

Chosen
43
turkustan.az

1Sources