EN

ADY və Almaniya şirkəti müzakirələr apardı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Almaniyanın “Rhenus Group” şirkəti arasında beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı başlamış müzakirələr COP29 çərçivəsində davam etdirilib.

 

Modern.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

 

Məlumata görə, qurumun sədri Rövşən Rüstəmov “Rhenus Group”un baş icraçı direktoru Tobias Bartzın rəhbərlik etdiyi nümayəndə ilə görüş keçirib. Görüşdə Azərbaycanda dəmiryol infrastrukturunun modernləşdirilməsi, elektrikləşdirilməsi, ölkəmizdən keçən beynəlxalq dəhlizlərdə dəmir yollarının ötürücülük imkanlarının artırılması ilə bağlı görülən işlərdən danışıb.

 

Qeyd olunub ki, beynəlxalq dəhlizlərlə yükdaşımalarda karbon emissiyasının azaldılması əsas çağırışlardan biridir, bu məqsədlə əməliyyatların rəqəmsallaşdırılması xüsusilə vacibdir. Son illərdə beynəlxalq yükdaşımaların artması fonunda ADY yeni yüklərin cəlb olunması, həmçinin Orta Dəhliz üzrə marşrutların şaxələndirilməsi istiqamətində tərəfdaşları ilə fəal əməkdaşlıq edir.

 

T.Bartz “Rhenus Group”un beynəlxalq logistika xidmətləri göstərdiyini, bir çox ölkələrdə layihələr icra etdiyini, dövlət və özəl sektorlar üçün təchizat zəncirində mürəkkəb logistika proseslərinin həllini təklif etdiyini və ADY ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Chosen
1
8
modern.az

10Sources