"Şamaxı"nın portuqaliyalı qapıçısı Rikardo Fernandeş apasport.az saytına müsahibə verib.
- Fasiləni necə keçirdiniz? Sizin üçün müsbət hal oldu? Daha çox nəyin üzərində işlədiniz?
- İstirahət günlərində dincəlmək üçün fasilədən istifadə etdim. Komanda olaraq da qış fasiləsinə qədər qarşıda duran çətinliklərin öhdəsindən gəlmək üçün ciddi şəkildə məşq etdik. Məncə, bizim üçün hər şey yaxşı keçdi.
- Azərbaycan millisinin oyunlarına baxdın? Estoniya və İsveçlə matçlara... Azərbaycan millisini bu dərəcədə zəif komanda hesab edirdin? Səncə, Azərbaycan nəyə görə zəif komandadır?
- Bəli, baxdım. Azərbaycan millisinin Estoniya ilə görüşdə qələbəyə layiq olduğunu düşünürəm. Ancaq biz futbolun ədalətli olmadığını yaxşı bilirik. Millinin əla məşqçisi var. Ancaq təəssüf ki, işlər gözlənildiyi kimi olmadı. Azərbaycan millisinə uğurlar arzulayıram.
- Millimizin baş məşqçisi həmyerlin Fernandu Santuşdur. Onun fəaliyyətini necə dəyərləndirirsən? Portuqaliya millisində Avropa çempionu olub, indi isə D liqasında Cəbəllütariqə qarşı oynayacaq...
- Şübhəsiz ki, bu, onun planlaşdırmadığı bir şey idi. O, Portuqaliya üçün əla titul qazanmışdı. Həqiqətən onun Azərbaycana daha çox kömək edəcəyini düşünürdüm. Amma bütün bunlar bir proses və artımdır. Əlbəttə ki, Santuş istənilən halda Azərbaycan millisinə çox şey verəcək, Azərbaycan xalqına sevinc bəxş edəcək. Buna çox inanıram.
- Mütəxəssislər düşünür ki, Fernandu Santuşu baş məşqçi postundan göndərmək lazımdır. Bu haqda sən nə düşünürsən?
- Düşünürəm ki, onlar səbirli olmalıdırlar. Santuş çox taktiki gücə malik bir məşqçidir. O, futbolçulara oyunlarını inkişaf etdirməyə və ümumilikdə özlərini inkişaf etdirməyə çox kömək edə bilər.
- "Şamaxı" ya qayıdası olsaq, növbəti turda "Sumqayıt"la qarşılaşacaqsız. Səncə, qalib gələcəksiz?
- Əminəm ki, hər şeyimizi meydanda verəcəyik. Çox rəqabətli oyun olacaq. Çempionatın elə bir mərhələsindəyik ki, bütün xallar vacibdir və hamıya xal lazımdır. Biz ciddi və rəqabətli olmalıyıq.
- Artıq sənin adın Premyer Liqanın digər klubları ilə yanaşı hallanır. Mövsümün sonunda başqa kluba keçməyin mümkündür?
- Bu, mənim danışmaq istəmədiyim mövzudur. Çünki indi bütün diqqətimi "Şamaxı"ya və kluba kömək etməyə yönəltmişəm. Bütün vacib olan məsələ budur və yalnız "Şamaxı"nı fikirləşirəm.
Anton Krivotsyuk yenidən Azərbaycana qayıdır - Özəl
İlham Yadullayev kimlərə xidmət edir? - U-17 millimizdə skandal
Dadaşov məşqlərə başladı
Mahirin komandası səfər matçına çıxacaq - YENİLƏNİR
"Qarabağ"da şok ayrılıq - Juninyo komandanı tərk edir?