EN

"Stok Siti"nin qapıçısı Azərbaycanla matçı xatırladı: "Debütüm yaxşı alınmışdı"

İsveç milli komandasının qapıçısı Viktor Yohanson Millətlər Liqasında Azərbaycana qarşı Bakıda keçirilmiş (1:3) oyunu xatırlayıb. 

Sportal.az “Fotbollskanalen” portalına istinadən xəbər verir ki, “Stok Siti”nin 26 yaşlı qapıçısı 

"Müdafiədə yeni simalarla bağlı narahatlıq? Bunun həqiqətən əhəmiyyəti yoxdur. Biz meydandan kənarda bir-birimizi yaxşı tanıyırıq və onlar hamı əllərindən gələni etməyə çalışırlar. Milli komandaya çağırılan hər kəs inanılmaz dərəcədə istedadlıdır. Azərbaycanla oyunda şans qazandığım üçün çox şadam. Milli komandanın formasını geyinmək inanılmaz dərəcədə gözəldir. Bakıdakı (3:1) baş tutan beynəlxalq səviyyədə debütümə gəlincə, bu, çox xoş oldu. Yaxşı debüt alınmışdı. Evdəki görüşdə də rəqibimizə qalib gəldik. Qrupu lider tamamlamaq ayrıca sevincdir".

İsveçli qolkiper "Aston Villa", "Lester", "Roterham" klublarında oynadıqdan sonra 2024-cü ildə "Stok Siti"yə keçib. O, 2023-cü ildən İsveçin əsas millisinə cəlb olunur.

saytlarin hazirlanmasi

Chosen
14
1
sportal.az

2Sources