EN

"Netanyahu Kanadaya gəlsə, həbs olunacaq" - Castin Trüdo

İsrailin Baş naziri Kanadaya getsə, həbs oluna bilər.

 

Sfera.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrailin yüksək vəzifəli məmurlarının həbsinə order verməsindən sonra Kanadanın Baş naziri Castin Trüdo məhkəmənin qərarına əməl edəcəklərini bildirib.

 

"Biz [yəni Kanada] Beynəlxalq Cinayət Məhkəməsinin qurucu üzvlərindən biriyik, beynəlxalq hüququ müdafiə edirik və beynəlxalq məhkəmələrin bütün qaydalarına və qərarlarına əməl edəcəyik", - Baş nazir qeyd edib.

 

Qeyd edək ki, dünən Niderland məhkəməsi Qəzza münaqişəsi ilə bağlı Netanyahu, İsrailin keçmiş müdafiə naziri Yoav Qallant və Həmas lideri İbrahim Əl-Masrinin həbsinə order verib.


Firuzə Əliyeva

Chosen
16
50
sfera.az

10Sources