EN

Uli Höness: “Qvardiola bizə dedi ki, gedin Kompanini gözbağlı…”

“Bayern”in prezidenti Uli Höness Almaniya nəhənginin baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompani ilə bağlı fikrini ifadə edib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, Hönesin bu barədə fikrini təqdim edir:

“Əvvəl olduğu ilə müqayisədə indi, gecə və gündüz qədər bir fərq var. O, ünsiyyətcildir və oyunçuları ilə maraqlanır, onlar haqda qayğılanır. Amma əvvəllər biz bunu bilmirdik. Ona görə də “Pep” Qvardiolaya zəng edib ondan məsləhət istəmişdik. O, bizə sadəcə dedi ki, biz onu gözübağlı götürə bilərik, o, bu işi bacarar. Əslində, “Bayern”də uğurlu illərə maneə olan çox az xüsus var”, deyə Uli Höness vurğulayıb.

Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Belçikalı mütəxəssis alman mütəxəssis Tomas Tuxeli əvəzləyib. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığını qoyub.

Çalışdırdığı müddətdə Kompani Almaniya nəhəngini 16 oyuna çıxarıb, 12 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət yaşayıb.

10 turdan sonra “Bayern” 26 xalla Almaniya Bundesliqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Chosen
14
arena.az

1Sources