EN

MAQATE İranı tənqid edən qətnamə qəbul edib

Nüvə məsələsində əməkdaşlığın olmaması səbəbindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbərlər şurası İranı tənqid edən qətnamə qəbul edib.

Bu barədə "France 24" telekanalı məlumat yayıb.

“Çin, Rusiya və Burkina Faso tərəfindən əleyhinə səs verilən qətnamə 19 lehinə və 12 bitərəf olmaqla qəbul edilib, Venesuela isə iştirak etməyib”, – kanalın materialında deyilir.

ABŞ-nin MAQATE şurasına Tehranın nüvə fəaliyyətləri ilə bağlı dərin narahatlığını bildirdiyi, London, Paris və Berlinin isə nüvə proqramının qlobal təhlükəsizliyi təhdid edə biləcəyini əlavə etdiyi aydınlaşdırılır .

Chosen
36
aznews.az

1Sources