EN

Berbokun COP29 şousu: yalan, iftira, böhtan

Azərbaycanda keçirilən COP29 iqlim sammiti müasir dövrün ənmühüm çağırışlarından biri olan iqlim dəyişikliyi ilə mübarizəyəhəsr olunub. Lakin Almaniyanın xarici işlər naziri AnnalenaBerbokun bu tədbirdəki çıxışı iqlim problemlərindən tamamilə uzaqidi. Planetin gələcəyi ilə bağlı konstruktiv dialoq aparmaqəvəzinə, Berbok bu beynəlxalq platformanı Azərbaycana qarşı növbətisiyasi hücum üçün istifadə etdi. Onun çıxışının əsasını təşkil edənarqumentləri təhlil edək və vəziyyətin kontekstinə nəzər salaq —buraya elə Almaniyanın özündə baş verən ciddi insan hüquqlarıpozuntuları da daxildir.

COP29 geosiyasi oyunlar meydanı deyil

BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı (COP29) nə geosiyasisammitdir, nə də insan hüquqları məsələlərinin müzakirə olunduğuhüquqi platforma. Onun əsas məqsədi qlobal emissiyalarınazaldılması və iqlim dəyişikliyi ilə mübarizə üçün davamlıstrategiyaların hazırlanması yollarını tapmaqdır. Annalena Berbokunbu tədbiri Azərbaycanı əsassız tənqid etmək üçün platformayaçevirmək cəhdi yalnız onun aktual problemlərə diqqət yetirməkistəmədiyini deyil, həm də iqlim konfransının mahiyyətinə açıqşəkildə hörmətsizlik etdiyini nümayiş etdirir.

Əgər frau Berbok, həqiqətən də, ekoloji məsələlərdənnarahatdırsa, diqqətini faktlara yönəltməsi daha məntiqli olardı:Azərbaycanın karbon izinin azaldılması sahəsindəki töhfələri,davamlı inkişaf sahəsindəki səyləri və beynəlxalq ekolojitəşəbbüslərə verdiyi dəstək diqqətəlayiqdir. Di gəl, görünən odurki, alman nazirin əsl məqsədi ekoloji məsələlər deyil, siyasigündəmin irəlilədilməsidir.

76 PASE deputatına girişin yasaqlanması: Bakı tamhaqlıdır

Azərbaycanın, o cümlədən, Almaniya nümayəndələrinin də daxilolduğu, 76 Avropa Şurası Parlament Assambleyası (PASE) deputatınaölkəyə girişini qadağan etmək qərarı COP29-un tribunasındanAnnalena Berbok tərəfindən sərt şəkildə tənqid edildi. Berbok buaddımı "qəbuledilməz" və guya Azərbaycanın Avropa Şurasıqarşısındakı öhdəliklərinə zidd olaraq qiymətləndirdi. LakinBerbokun pafoslu ritorikası və yüksəktonlu çıxışları arxasında Qərbdiplomatiyasına xas riyakarlıq dayanır. Əslində, bu qadağaAzərbaycanın uzun illərdir PASE üzvlərinin bəzi nümayəndələrininaçıq təxribatlarından müdafiə olunması üçün qanuni və məcburi cavabaddımıdır.

Uzun illərdir ki, bəzi PASE deputatları öz tərəfkeşliyinigizlətməyərək, anti-Azərbaycan qüvvələrinin tərəfində dayanır vədezinformasiya təbliğatı ilə məşğul olurlar. Bu siyasətçilər nəinkiErmənistanın təcavüzünə və Azərbaycanın 30 illik ərazilərininişğalına göz yumublar, həm də Ermənistanın ərazi iddialarınılegitimləşdirməyə çalışan ritorikanı fəal şəkildə dəstəkləyiblər.Beynəlxalq məhkəmələrin qərarlarına və BMT qətnamələrinəbaxmayaraq, bu deputatlar Azərbaycanın suverenliyini və ərazibütövlüyünü açıq şəkildə təhdid edən hərəkətlərə dəstək veriblər.Bundan əlavə, həmin şəxslər "insan hüquqları" ilə bağlı yalanittihamlarla çıxış edərək, faktları təhrif edir və regionda başverənlər haqqında yanlış təsəvvürlər yaradırlar. Onların bufəaliyyəti Azərbaycanın daxili işlərinə müdaxilə və ölkəninsuverenliyini sarsıtmaq cəhdlərindən başqa bir şey deyil.

Azərbaycan öz milli maraqlarını qoruyaraq, həmin şəxslərinölkəyə girişini qadağan etmək barədə tamamilə qanuni və əsaslıqərar qəbul edib. Hər bir suveren dövlətin özünü xarici siyasitəxribatlardan qorumaq hüququ var. Ən maraqlısı isə odur ki, belətədbirlər artıq demokratik ölkələrdə adi bir təcrübə halını alıb, ocümlədə, Almaniyada da. Almaniya dəfələrlə xarici siyasətçilərə,fəallara və hətta jurnalistlərə, mövqeləri rəsmi Almaniyahökumətinin mövqeyi ilə üst-üstə düşmədiyi halda, ölkəyə girişqadağası tətbiq edib.

Məsələn, Almaniya hakimiyyəti Rusiya və Belarus nümayəndələrininölkəyə girişini "milli təhlükəsizlik" adı altında qadağan edib,bəzi hallarda isə, ümumiyyətlə, heç bir izahat verməyib. BəsAlmaniya və onun müttəfiqləri öz maraqlarını bu şəkildə qorumaqhüququna malikdirsə, sistematik xarici təzyiqlə üzləşən Azərbaycanniyə oxşar hərəkətlərə görə tənqid olunmalıdır?

Qərbin ikiüzlü siyasəti

Sualın cavabı sadədir: ikili standartlar. Qərbin bütün xaricisiyasəti məhz bu prinsipə əsaslanır. Öz “demokratiya” modelinibütün dünyaya diktə etmək istəyən Qərb ölkələri başqa dövlətlərinsuverenliyinə və milli maraqlarına hörmət etmək əvəzinə, onlarısiyasi manipulyasiyalara məruz qoyur. Avropa Şurası isə artıqçoxdan öz neytrallığını itirib və müstəqil siyasət yürütməyəcəsarət edən dövlətlərə təzyiq vasitəsinə çevrilib. PASE-ninqərəzli qətnamələri, birtərəfli hesabatları və seçmə tənqidyanaşması Azərbaycan kimi ölkələr üçün norma halını alıb.Diskriminasiya nümunələri çoxdur: siyasi fəalların təqibindən, diniazlıqların sıxışdırılmasından və söz azadlığınınməhdudlaşdırılmasından tutmuş, Avropa daxilində baş verən insanhüquqları pozuntularına qədər hər şey ya görməzdən gəlinir, ya daAzərbaycanı tənqid etmək üçün bəhanə kimi istifadə olunur.

Azərbaycanın PASE-nin qərəzli deputatlarına giriş qadağasıtətbiq etməsi yalnız milli maraqların qorunması deyil, həm də açıqmesajdır: ölkə təxribatlara, yalan təbliğatlara və suverenliyəqəsdlərə qarşı müqavimət göstərəcək. Berbok və onun həmkarları əgərdemokratiya prinsipləri ilə, həqiqətən, maraqlıdırsa, ilk növbədəözlərinə baxmalıdırlar - beynəlxalq təşkilatları təzyiq vasitəsikimi istifadə etməyi dayandırmalı, ikili standartlardan əl çəkməlivə öz ölkələrindəki problemləri həll etməlidirlər. Əks haldaonların tənqidləri səmimi narahatlıqdan çox, geosiyasiambisiyaların pərdəsi kimi görünəcək. Azərbaycan isə təzyiq vədiskreditasiyaya baxmayaraq, öz maraqlarını qorumağa davam edir vəedəcək.

Berlin öz qüsurlarını niyə görmür?

Demokratik dəyərlərin bəyan edilməsinə rəğmən, Almaniyadahökumətin rəsmi siyasəti ilə zidd olan fikirləri ifadə edən dincetirazçıların mütəmadi olaraq həbsi baş verir. Bunun bir neçənümunəsi var:

1. Ekoloji fəallara qarşı repressiyalar:"Fridays for Future" hərəkatının yüzlərlə iştirakçısı və digərtəşkilatların üzvləri kömür mədənlərinin və yolların tikintisinidayandırmağa çalışdıqları üçün həbs olunub. Fəallara qarşı həyatakeçirilən polis reydləri zamanı zorakılıq tətbiq edilib ki, bu dainsan hüquqlarının müdafiəçiləri tərəfindən pislənib.

2. Rusiya-Ukrayna müharibəsinə qarşı etirazlar:Münaqişənin başlanmasından bəri Almaniyada Ukraynaya silahtədarükünə qarşı çıxan və ya sülh danışıqlarını dəstəkləyən şəxslərmüntəzəm olaraq həbs olunub. Bu həbslər "ictimai asayişinpozulması" adı altında həyata keçirilib və demokratiyanın əsasınıtəşkil edən ifadə azadlığını ciddi şəkildə şübhə altına alıb.

3. Pandemiya dövründə dinc etirazlara qarşı sərttədbirlər: COVID-19 pandemiyası zamanı Almaniyalokdaunlara və məcburi vaksinasiyaya qarşı keçirilən etirazaksiyalarının iştirakçılarına qarşı sərt mövqe nümayiş etdirib.Yalnız 2021-ci ildə minlərlə dinc nümayişçi həbs olunub.

Almaniyadakı müsəlmanların səbri tükənir

Almaniya dini azlıqlar, xüsusilə də müsəlmanların hüquqlarınınqorunması ilə bağlı ciddi problemlərlə üzləşir. Bunun bir neçəaydın nümunəsi mövcuddur:

Məscidlərə nəzarət: Son illərdə Almaniyanınxüsusi xidmət orqanları "ekstremizmlə mübarizə" adı altındamüsəlman icmalarına qarşı müşahidələri gücləndirib. Lakin butədbirlər tez-tez sübuta əsaslanmayan ittihamlarla müşayiət olunur,dini icmalarda qorxu atmosferi yaradır.

Məscidlərin bağlanması və imamların həbsi:Almaniya hakimiyyəti radikalizmlə mübarizə adı altında islammərkəzlərini dəfələrlə bağlayıb və dini liderləri əsassızsəbəblərlə həbs edib. Bu cür addımlar müsəlman kimliyininsıxışdırılması istiqamətində ümumi tendensiyanın bir hissəsinəçevrilib.

Müsəlmanlara qarşı gizli islamofobiya:Araşdırmalara görə, Almaniyada müsəlmanların 50%-dən çoxu işədüzəlmə, təhsil və ictimai xidmətlərə çıxış kimi gündəlik həyatınmüxtəlif sahələrində diskriminasiyaya məruz qalır.

Söz azadlığının alman təzahüru

Almaniyada demokratiyanın əsas dayaqlarından biri hesab olunanmətbuat azadlığı təhlükə altındadır. Ölkə jurnalistlərə edilənhücumların sayına görə Avropada ən yüksək göstəricilərdən birinəmalikdir:

Mediaya təzyiq: 2023-cü ildə insan hüquqlarıtəşkilatları tərəfindən hökumət əleyhinə məzmunlu məsələlər, ocümlədən, hökumətin fəaliyyətini tənqid edən mövzularla bağlıjurnalistlərə təzyiq göstərildiyi barədə onlarla hadisə qeydəalınıb.

Jurnalistlərə qarşı fiziki zorakılıq: Kütləvietirazları işıqlandıran reportyorlar dəfələrlə polis tərəfindənhücumlara məruz qalıb. Məsələn, iqlim siyasətinə qarşı etirazlarıişıqlandıran jurnalistlər həbs olunub, avadanlıqları müsadirəedilib və hüquq-mühafizə orqanları tərəfindən təhdidlərə məruzqalıb.

Senzura və özünüsenzura: Almaniyada mövcudsiyasi iqlim jurnalistləri mübahisəli məsələləri işıqlandırmaqdançəkindirməkdədir, bu da onları repressiya və ya ictimai qınaqqorxusu ilə üz-üzə qoyur.

Antihumanitar miqrant böhranı

Almaniyada qaçqın düşərgələri artıq humanitar böhran simvolunaçevrilib. Hökumət miqrantların layiqli yaşayış şəraitini təminetmək əvəzinə, onların hüquqlarının ciddi şəkildə pozulmasına imkanyaradır:

Həddindən artıq yüklənmiş düşərgələr: Bir çoxqaçqın mərkəzləri həddindən artıq yüklənmiş vəziyyətdədir, buradainsanlar antisanitariya şəraitində yaşamağa məcburdur. Məsələn,Hannover şəhərindəki bir düşərgədə 20 kvadrat metrdən az sahədə 10nəfər yaşayırdı.

Təhsil və tibbi xidmətlərin olmaması: Minlərləqaçqın uşağı təhsildən kənarda qalır, böyüklər isə bürokratikmaneələr səbəbindən tibbi yardım ala bilmirlər.

Miqrantlara qarşı zorakılıq: İnsan hüquqlarıtəşkilatları tərəfindən polis tərəfindən miqrantlara qarşızorakılıq halları dəfələrlə qeydə alınıb. Məsələn, Bavariyadaqaçqın düşərgəsində polisin miqrantları döyməsi ilə bağlı rezonansdoğuran hadisə baş vermişdi.

Bakının qətiyyəti və Berbokun riyakarlığı

Annalena Berbokun Azərbaycana qarşı tənqidləri nə qədər pafoslusəslənsə də, Almaniyanın insan hüquqları ilə bağlı bu qədər ciddiproblemlərlə üzləşdiyi bir vaxtda bu tənqidlərin heç bir mənəviəsası yoxdur.

Azərbaycan PASE-nin qərəzli deputatlarına ölkəyə giriş qadağasıtətbiq etməklə, yalnız öz suverenliyini qorumaq və milli ləyaqətinimüdafiə etmək hüququndan istifadə edib. Berbok və onun həmkarlarıəgər demokratiya və insan hüquqları ilə həqiqətən maraqlıdırsa, ilknövbədə öz ölkələrindəki problemləri həll etməli, beynəlxalqtəşkilatları təzyiq vasitəsi kimi istifadə etməyidayandırmalıdırlar. Azərbaycanın mövqeyi isə dəyişməzdir: ölkə özmaraqlarını qorumaq üçün təzyiqlərə və təxribatlara qarşımübarizəsini davam etdirəcək.

Almaniyada miqrantlara qarşı poliszorakılığı

Hüquq müdafiə təşkilatları Almaniyada polisin miqrantlara qarşızorakılığı ilə bağlı çoxsaylı halları qeydə alıblar. Buhadisələrdən biri Bavyerada qaçqın düşərgəsində baş verib. Polis"nizam-intizamı qorumaq" adı altında qaçqınları döymüşdü. Bu hadisəcəmiyyətdə rezonans doğurub və Almaniyada insan hüquqlarınınqorunması ilə bağlı ciddi suallar yaradıb. Lakin belə hallar təkcəbununla məhdudlaşmır. Miqrantların saxlanıldığı mərkəzlərdəzorakılıq, antisanitariya şəraiti və əsas ehtiyacların təminedilməməsi geniş yayılmış bir problemdir. Almaniya hakimiyyəti buproblemləri həll etmək əvəzinə, onları görməzdən gəlir vəictimaiyyətin diqqətini digər ölkələrə yönəltməyə çalışır.

Belə bir daxili vəziyyət fonunda Almaniyanın xarici işlər naziriAnnalena Berbokun Azərbaycanda insan hüquqları ilə bağlısəsləndirdiyi bəyanatlar açıq-aşkar riyakarlıq kimi görünür.Almaniya öz vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı ciddiproblemlərlə üzləşərkən, nazir diqqəti daxili uğursuzluqlardanyayındırmaq üçün digər ölkələri ittiham etməyi üstün tutur.

Almaniyanın özünü "mənəvi avtoritet" kimi təqdim etmək cəhdləriinandırıcı deyil, çünki ölkə daxilində mövcud olan sistemliproblemlər bu iddiaları əsaslandırmır. Siyasi fəalların həbsi,müsəlmanlara qarşı ayrı-seçkilik, jurnalistlərə təzyiqlər vəmiqrantlar arasında humanitar böhran Annalena Berbokun insanhüquqlarını qorumaq barədə dediklərini şübhə altına alır.Azərbaycanı tənqid etmək əvəzinə, Almaniya ilk növbədə öz daxiliproblemlərini həll etməli və başqalarına tətbiq etməyə çalışdığıstandartları özü təmin edə bilmədiyini etiraf etməlidir.

İkili standartların metaforası

Berbokun çıxışı öz evindəki çatları ört-basdır etməyə çalışaraqqonşularını bağçasına yaxşı baxmamaqda ittiham edən bir insanındavranışı ilə müqayisə edilə bilər. Almaniya insan hüquqlarısahəsindəki sistemli problemlərlə üzləşərkən, Berlin müstəqilsiyasət yürüdən və Qərbin "çərçivəsinə" uyğun gəlməyən ölkələrəseçmə tənqidlər yönəltməyə üstünlük verir. Bu, diqqəti yayındırmaqüçün klassik bir strategiyadır və artıq Avropa diplomatiyasınınstandart alətinə çevrilib.

Almaniyanın Azərbaycana qarşı tənqidlərinə cavab olaraq, özününbeynəlxalq hüququ pozduğu çoxsaylı faktları nəzərdən keçirməklazımdır:

Amerika xüsusi xidmət orqanları ilə əməkdaşlıq.Almaniya, Avropanın digər ölkələri kimi, ABŞ Mərkəzi Kəşfiyyatİdarəsinin (CIA) qeyri-qanuni saxlanılma və terrorizmşübhəlilərinin daşınması proqramında fəal iştirak edib. İki onillikərzində ABŞ xüsusi xidmət orqanları Almaniyanın hava məkanından vəərazilərindən istifadə edərək, insanları gizli həbsxanalara daşımışvə orada onlara işgəncə vermişdir. Almaniyanın bu proqramdakıiştirakı ilə bağlı sübutlar dəfələrlə ictimaiyyətdəngizlədilib.

MKİ tərəfindən tətbiq edilən işgəncələrin ört-basdıredilməsi. Almaniya hökuməti ABŞ xüsusi xidmətorqanlarının, xüsusilə də Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ)tutulan şəxslərə işgəncə verməsi ilə bağlı məlumatları gizlətməkdəittiham olunub. Ən tanınmış hallardan biri Livan əsilli almanvətəndaşı Xalid əl Məsrinin işi idi. O, ABŞ xüsusi xidmət orqanlarıtərəfindən oğurlanmış, işgəncələrə məruz qalıb və aylarla qanunsuzolaraq saxlanılıb. Səhvlərin etiraf edilməsinə və ictimai rezonansabaxmayaraq Almaniya ABŞ-ni tənqid etməkdən və öz vətəndaşınınhüquqlarını qorumaqdan imtina edib.

Almaniya beynəlxalq hüququn pozulduğu bir sıra hərbiəməliyyatlarda iştirak edib. Misallara Əfqanıstan və Balkanlardahəyata keçirilən hərbi missiyalarda iştirakı daxildir. Buəməliyyatlar zamanı mülki əhalinin ölümü, işgəncələr və zorakılıqhalları qeydə alınıb. Hüquq müdafiə təşkilatlarının tənqidlərinəbaxmayaraq, Berlin öz hərəkətləri üçün məsuliyyət daşımaqdanyayınmağa çalışıb.

2013-cü ildə Almaniya Federal Kəşfiyyat Xidməti (BND) iləABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin (NSA) casusluq fəaliyyətisahəsində fəal əməkdaşlıq etdiyi ortaya çıxdı. Bu casusluğunhədəfləri yalnız Almaniya vətəndaşları deyil, həm də Avropamüttəfiqlərinin nümayəndələri idi. Bu fakt beynəlxalq qalmaqalasəbəb oldu. Lakin Berlin geniş izahat verməkdən imtina etdi vəfaktiki olaraq öz beynəlxalq öhdəliklərini görməzdən gəldi.

Avropa Şurasının siyasiləşməsi: təzyiqaləti

Annalena Berbokun Azərbaycanın Avropa Şurası qarşısındakı"öhdəlikləri" ilə bağlı bəyanatları xüsusilə riyakarlıq kimigörünür, əgər nəzərə alsaq ki, Avropa Şurası çoxdan neytralplatforma kimi mövqeyini itirib və müstəqil siyasət yürütməyəcəsarət edən ölkələrə təzyiq alətinə çevrilib. Bunun bariznümunələri mövcuddur:

Şərqi Avropa ölkələrinə qarşı seçmə tənqidlər vəsanksiyalar. Macarıstan, Polşa və Azərbaycan kimi ŞərqiAvropa ölkələri tez-tez "demokratik standartlara əməl etməmək" adıaltında Avropa Şurası tərəfindən tənqidlərə və sanksiyalara məruzqalırlar. Lakin eyni hərəkətlər Qərbi Avropa dövlətləri tərəfindənedildikdə, onlar cəzasız qalır. Məsələn, Almaniya və Fransadamiqrantların hüquqlarının pozulması halları PASE tərəfindən nadirhallarda müzakirə olunur.

Azərbaycan əleyhinə qərəzli qətnamələr. Avropa Şurası dəfələrləbirtərəfli məlumatlara əsaslanan və qərəzli təşkilatlar tərəfindəntəqdim edilən qətnamələr qəbul edib. Bu cür hərəkətlər təşkilatınBakıya təzyiq göstərmək niyyətində olduğunu və siyasi qərəzliyanaşmanı nümayiş etdirir.

Avropa İttifaqı daxilində insan hüquqlarınınpozulması. Miqrantlara qarşı zorakılıq, söz azadlığınınməhdudlaşdırılması və dini azlıqlara qarşı təzyiqlər kimi insanhüquqlarının pozulması halları Avropa İttifaqı ölkələrində yagörməzdən gəlinir, ya da "daxili məsələlər" kimi təqdim olunur. Buisə Avropa Şurasına neytral beynəlxalq təşkilat kimi inamısarsıdır.

... Azərbaycanın, o cümlədən, Almaniya nümayəndələrinin də daxilolduğu, 76 PASE deputatına giriş qadağası qanuni və əsaslı biraddımdır. Bu deputatlar dəfələrlə qərəzli mövqe nümayiş etdirib,Azərbaycanın daxili işlərinə müdaxilə edib və birtərəfli mövqeləritəbliğ ediblər. Hər bir suveren dövlətin öz maraqlarını xaricimüdaxilələrdən qorumaq hüququ vardır.

Almaniya nümunəsi bunu təsdiq edir: Qərb demokratiyaları daanaloji tədbirlərdən istifadə edirlər. Məsələn, Avropa İttifaqıölkələrinə tez-tez rəsmi mövqelərə zidd olan siyasətçilər vəfəalların girişinə icazə verilmir. Nə üçün Azərbaycan oxşarmetodlara əl atdıqda tənqid olunur?

Beynəlxalq siyasətdə ikili standartlar hər hansı bir mənəviüstünlük iddiasını zəiflədir. Almaniya çoxsaylı qalmaqallar vəpozuntularla bağlı tarixi nəzərə alındıqda, ilk növbədə özproblemlərini həll etməli, sonra başqalarını ittiham etməlidir.Berbokun tənqidi konstruktiv irad deyil, Azərbaycanın beynəlxalqarenadakı mövqeyini zəiflətməyə yönəlmiş siyasi təzyiqalətidir.

Azərbaycanı tənqid etmək və beynəlxalq öhdəliklərə əməletməməkdə ittiham etmək əvəzinə, Almaniya daxili problemlərini həlletməlidir: genişmiqyaslı etirazlardan insan hüquqlarının pozulmasıqalmaqallarına qədər. COP29 isə diplomatik mübahisələr üçün tribunadeyil, bəşəriyyətin həll etməli olduğu real problemlərin müzakirəolunduğu platformadır. Əgər Berlin həqiqətən də iqlim böhranınınhəllinə töhfə vermək istəyirsə, konfransı siyasi mübarizə meydanınaçevirmək cəhdlərini dayandırmalıdır. Azərbaycan isə bütün buhücumlara baxmayaraq, dialoqa açıq olaraq qalır və ekolojiproblemlərin həllinə töhfə verməyə davam edir. Avropa, xüsusilə dəAlmaniya, artıq özünütənqidə başlamalı və insan hüquqlarınıgeosiyasi oyunlarda silah kimi istifadə etməyi dayandırmalıdır.

Chosen
33
4
az.trend.az

5Sources