EN

"Bakı Sığorta" ləğv edildi

"Bakı Sığorta" ASC ləğv olunduğunu elan edib.

Teleqraf.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (93,32 %) və “Ekolizinq” MMC-dir (6,68 %).

Bu il noyabrın 15-də “Bank Respublika”nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilməli idi. Yığıncaqda "Bakı Sığorta"nın gələcək fəaliyyəti ilə bağlı qərar verilməli idi.

"Bakı Sığorta"nın bağlanması ilə Azərbaycanda sığorta şirkətlərinin sayı 16-ya düşəcək.


Müəllif: Teleqraf.com
Chosen
21
6
teleqraf.com

7Sources