EN

Orban Netanyahunu Macarıstana dəvət etdi

Macarıstanın Baş naziri Viktor Orban cümə günü israilli həmkarı Benyamin Netanyahunu ölkəsinə səfərə dəvət edib.

Apress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı Qəzzadakı münaqişə zamanı hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edərək, onalrın həbsinə order verib.

Beynəlxalq Cinayət Məhkəməsinin bu qərarından sonra bir sıra Avropa ölkələri İsrailin baş nazirinin onların torpağına ayaq basacağı təqdirdə həbs ediləcəyini bəyan edib.

Netanyahunu Macarıstana səfər edəcəyi təqdirdə heç bir təhlükə ilə üzləşməyəcəyinə inandıran Viktor Orban həbs orderini “təkəbbürlü, rüsvayçı və tamamilə qəbuledilməz qərar” adlandırıb.

Avropa İttifaqındakı həmkarları ilə tez-tez fikir ayrılığı yaşayan Orban Netanyahu ilə isti münasibətlər qurub.

“Bu gün mən İsrailin baş naziri cənab Netanyahunu Macarıstana səfərə dəvət edəcəyəm və bu dəvətdə ona zəmanət verirəm ki, əgər o gəlsə, BCM-nin qərarı Macarıstanda qüvvəyə minməyəcək və biz onun məzmununa əməl etməyəcəyik”, – Orban bildirib.

Chosen
8
27
apress.az

10Sources