EN

Ərdoğandan nazirə hücuma REAKSİYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Ali Yerlikayaya hücuma münasibət bildirib.

Publika.az xəbər verir ki, Türkiyə lideri bu barədə İstanbul Enerji Forumunda çıxışı zamanı danışıb.

“Biz şəhər quldurluğuna heç vaxt boyun əyməmişik. Bundan sonra da belə davam edəcəyik", - Ərdoğan bildirib.

O, sözlərinə belə davam edib:

"22 ildir aktyorlar dəyişdi. Amma CHP-nin qarın ağrısı hələ də keçmədi. İndi gəlib bizi bazara çağırırlar. Siyasi partiya olaraq bazarlarda, küçələrdə müxalifətdən qat-qat güclü varlığımız var. Xalqımızla bağımızı qırmadıq”.

Chosen
18
publika.az

1Sources