EN

"QOYMUSAN YOLLARDA PİYADA MƏNİ"- MUSA YAQUB

"Təzadlar" Xalq şairi Musa Qaqubun "Qoymusan yollarda piyada məni..." şeirini təqdim edir...

Keçirəm dağdibi cığırlarımı,

Çəkirəm dərdimin ağırlarını.

Aman,təklikdir yandırır-yaxır,

Cəhənnəm odundan ziyadə məni.

Deyərdim,dərdimin ayaqları var-

Qoymusan yollarda piyada məni.

Quşlarla tutarmı çiyindaşlığım?

Bəlkə ağacların,bəlkə çayların,

Mən kimin dalınca gedim görəsən?

Kim qoydu bəs məni,yetim görəsən?

Sözü eşidilmir qoca dərvişin,

Nə olar ələnmiş ələk olanda.

Qızılgül solursa,olmaya keşkə.

Mən kiməm?nəçiyəm?

Seyran demişkən:

Bankomat oluram gərək olanda.

Özgə nəfəsiylə isinmir ovcum,

Bir kəsim yoxdu ki,oyada məni.

Düz yola çıxıram,yolum əyilir

Budaqdan tuturam ,qolum əyilir.

Daha söykənməyə dayaq tapmıram.

Sənsiz ruhumu da oyaq tapmıram.

Yarpağa dönürəm yellər aparır,

Bütün sahillərim sürüşüb gedir.

Yuyur topağımı sellər aparır.

Bütün rahatlığım gedib əlimdən,

Bir ilin içində qocaldı kişi:

-Deyən,qız gəlinin pıç-pıçı artır.

Hərə öz qabına bir qalay vurur,

Mis kasa azalıb,qalayçı artıb.

Qəribə dünyadır bizim dünyamız,

Hesabı azalıb,sayğacı artıb.

Bəd dili kəsməyə qayçı azalıb.

Doğmalar azalıb,yad bacı artıb.

Evdə eşidən yox qoca dərvişi,

O adam deyilmiş,adam eləbil.

Mən,o mən deyiləm,yadam eləbil

Ah,yenə göynədi bağrımın başı,

Bir stəkan çay ver,

-Görüm keçirmi,

Mən çaylağa düşən ildırım daşı,

Çöl məni yandırır,çölüm içimi.

Sandıq şeirlərim çıxıb yadımdan,

Doğmalar beləcə yadlanıb gedir.

Yığılıb bir mücrü yaddaşım gedib.

Sən yıxdın evimi,evi dağılmış.

Sənsiz yıxılmışı qaldırmaq olmur.

Yaxşını,yamanı aldırmaq olmur.

Bu necə dövrandır,bu necə yaşam?

Yolum haracandı,mənzilim hara?

Qoymusan yollarda piyadə məni.

Bu necə dövrandır,bu necə yaşam?

İndi mən daha nə yoldaş,nə çiyindaşam.

Rütbəsi alınmış əsgərəm, paşam.

Bir az sərsəriyəm,bir az sərxoşam.

Bir kəsim yoxdu ki,oyada məni.

Qoymusan yollarda piyada məni...

Chosen
17
tezadlar.az

1Sources