EN

Türkiyə gəmisi Somali sahillərində neft və qaz kəşfiyyatına başlayıb

Türkiyənin "Oruç Reis" seysmik tədqiqat gəmisi Somali sahillərində neft və qaz kəşfiyyatına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, gəmi üç sahədə fəaliyyətə başlayıb.

Tədqiqatların aparılacağı sahələrin ümumi ərazisi təxminən 5 min kvadratkilometrdir.

Türkiyə və Somali bu lin mart ayında neft və qaz ehtiyatlarının öyrənilməsi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb.

Chosen
26
3
operativmm.az

7Sources