EN

"Bir qarış torpaq belə boş qalmamalıdır" – QHT sədri COP29-un əhəmiyyətindən danışır

"Azərbaycan COP29-a ev sahibliyi etməklə dünyaya iqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərdi".

QHT.az-a özəl açıqlama verən “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva COP29-un əhəmiyyətindən danışaraq qeyd edib:

"Azərbaycan COP29-a ev sahibliyi etməklə dünyaya ölkəmizin qlobal məsələlərdə söz sahibi olduğunu sübut etdi. Bu tədbir həm böyük zəfərdən sonra, həm də qısa müddətdə həyata keçirildi ki, bu, Azərbaycanın təşkilati bacarıqlarını bir daha ortaya qoydu. Tədbirdə 196 ölkənin yüksək rütbəli nümayəndələrinin iştirakı, iqlim dəyişikliyi mövzusunda geniş müzakirələrin aparılması, dövlətlərarası əməkdaşlıqdan bəşəriyyətin xilasına doğru gedən birgə fəaliyyətin vacibliyini vurğuladı. COP29 göstərdi ki, kənd təsərrüfatı sahəsində texnologiyaların tətbiqi, ətraf mühitin qorunması və resursların dayanıqlı istifadəsi qlobal prioritetlərdən biridir”.

 

Pərvanə Fərhadqızı

Chosen
19
qht.az

1Sources