Misli premyer-liqasının 14-cü turunda “Kəpəz” Tovuzda “Araz-Naxçıvan”a məğlub oldu.
“Football-plus.az” xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
- Gəncə azarkeşlərinə təşəkkür edirəm. Əlavə olaraq bu gün tovuzlu azarkeşlərimiz də var idi. Mənə elə gəlir ki, iki fərqli hissə oynadıq. İlk hissədəistədiklərmiz alınmır. İlk hissənin təhlili ikinci hissədə bəhrəsini verdi.
- Sarı vərəqə aldığız epizodu necə izah edərsiz?
- Bir qədər emosional olmuşam.Hərdən emosiyalar qaynayır. Bəzi vəziyyətlərə isti başla reaksiya verirəm.
- Sabiq komandanıza uduzmağın məyusluğu var?
- Məğlubiyyətlərin hamısı məyusluq yaşadır - komandanın adı fərq etməz.
ƏSƏD SEYİDOV