EN

Antonio Quterreş: İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir

BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə mübarizə aparmaq və iqlim ədalətinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Demokrat.az xəbər verir ki, o, bu barədə "X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlim fəaliyyəti üçün zəruridir. Geosiyasi fikir ayrılıqları şəraitində ölkələr iqlim ədalətini təmin etmək və bizi bəşəriyyət üçün layiqli dünya formalaşdırmağa yaxınlaşdırmaq məqsədilə COP29 çərçivəsində birləşməlidir", - Baş katib qeyd edib
Chosen
21
15
7news.az

10Sources