EN

"Hyundai" və "Kia" 200 mindən çox avtomobilini geri çağırır

"Hyundai" və "Kia" sürüş zamanı enerji itkisinə səbəb ola biləcək və qəza riskini artıran problemi aradan qaldırmaq məqsədilə 208 mindən çox elektrik avtomobilini geri çağırır.  

Valyuta.Az xəbər verir ki, geri çağırma 2022-2024-cü illərdə istehsal edilmiş "Hyundai Ioniq 5", 2023-2025-ci illərdə istehsal edilmiş "Ioniq 6", "Genesis GV60" və "GV70", həmçinin 2023-2024-cü illərdə istehsal edilmiş "Genesis G80" modellərindən 145 mindən çox avtomobili əhatə edir.  

Bundan əlavə, 2022-2024-cü illərdə istehsal olunmuş 63 minə yaxın "Kia EV6" modeli də geri çağırmaya daxildir.  

Koreyanın sözügedən avtomobil istehsalçıları hökumət sənədlərində bildiriblər ki, enerji idarəetmə qurğusundakı tranzistorlardan biri zədələnə bilər. Bu, 12 voltluq akkumulyatorun enerji yığmasını dayandıra bilər və avtomobilin işini dayandırma riski yaradır.  

Avtomobil sahiblərinə servis mərkəzlərində enerji idarəetmə qurğusunun və lazım olduqda qoruyucunun yoxlanılması və dəyişdirilməsi təklif ediləcək. Həmçinin proqram təminatı yenilənəcək. Daha əvvəl eyni problem səbəbindən geri çağırılmış avtomobillərin sahibləri də yenidən servis mərkəzlərinə müraciət etməlidirlər.  

Rəsmi məktublar avtomobil sahiblərinə dekabr və yanvar aylarında göndəriləcək.  

Rəhim

Chosen
45
33
valyuta.az

10Sources