EN

"AEV" cərimələnə bilər

"AEV" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3 maddəsi ilə cərimə protokolu tərtib edilib və iş  Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

469.3-cü maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

İş hakim Zamiq Bağırovun icraatındadır.

Sadiq İsbəndərli

Chosen
23
1
valyuta.az

10Sources